EN

""QUR"un xüsusi təyinatlı qüvvələri məhv edildi" - Rusiya MN

Rusiya Müdafiə Nazirliyi Ukrayna Baş Kəşfiyyat İdarəsinin (QUR) xüsusi təyinatlı qüvvələrinin Pokrovsk yaxınlığında eniş etdiyini təsdiqləyib və onun məhv edildiyini açıqlayıb.

APA-nın Moskva bürosu xəbər verir ki, Rusiya MN "QUR" xüsusi əməliyyat qüvvələri qrupunun vertolyot enişinin qarşısının Krasnoarmeysk yaşayış məntəqəsindən təxminən 1 km şimal-qərbdə yerləşən ərazidə alındığını bildirib.

Qeyd olunub ki, helikopterlə Pokrovska enən bütün 11 nəfər ukraynalı xüsusi təyinatlı öldürülüb.

"Cebheinfo.az" 

Chosen
9
6
cebheinfo.az

8Sources