EN

MPL: "Karvan-Yevlax" - "Zirə" oyununda 2-ci qol - YENİLƏNİR

Misli Premyer Liqasında X turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, dünən start götürən turun ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.

"Karvan-Yevlax" Şamaxıda "Zirə"ni qonaq edəcək. Saat 14:00-da başlayacaq qarşılaşmanı Kamranbəy Rəhimov idarə edəcək.

"Neftçi" isə evdə sonuncu pillədə qərarlaşan "Kəpəz"i sınağa çəkəcək. Milli dərəcəli hakim Rəvan Həmzəzadənin iş başında olacağı qarşılaşmanın start fiti saat 17:00-də səsləndiriləcək. 

Qeyd edək ki, turun açılış oyununda "Qarabağ" "İmişli"ni 2:0 yenib. Sabah "Turan Tovuz" "Şamaxı"nı, "Sumqayıt" isə "Araz-Naxçıvan"ı qəbul edəcək. Tura bazar ertəsi keçiriləcək "Sabah" - "Qəbələ" matçı ilə yekun vurulacaq. 

Misli Premyer Liqası
X tur
1 noyabr

"Karvan-Yevlax" – "Zirə" 1:1 (2-ci hissə) 
Qollar: İmani Barker, 29 - Brahim Konate, 57.

Hakimlər: Kamranbəy Rəhimov, Cəmil Quliyev, Teymur Teymurov, Vüqar Həsənli.
VAR: Elçin Məsiyev, Rahil Ramazanov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elman Musayev.
Şamaxı şəhər stadionu.

Karvan-Yevlax”: 1. Kamran İbrahimov, 32. Elvin Yunuszadə (k), 6. Vadim Abdullayev, 33. Eltun Turabov, 18. Süleyman Əhmədov, 20. Coy Sleyd Mikels, 2. Şakil Sno, 11. Kayl Spens, 19. Tompson Qavi, 10. Samuel Durrant, 21. İmani Barker. 
Ehtiyat oyunçular: 25. Əmrah Bulud, 42. İbrahim Qədirzadə, 13. Vüsal Məsimov, 22. Qabil Əlizadə, 14. Uğur Cahangirov, 77. Əli Abdullayev, 5. Nika Çaçaşvili, 12. Vitor Roşa, 37. Mois Nqvisani, 3. Said İranxan, 8. Peter Kings, 4. Olavale Doyeni. 
Baş məşqçi: Azər Həşimov. 
Zirə”: 13. Aydın Bayramov, 70. Namik Ələskərov, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 4. Ruan Renato (k), 25. Enrike Kustodio, 10. Giorgi Papunaşvili, 30. Rikardo Martins, 93. Brahim Konate, 5. Ange Mutsinzi, 17. Ayron Qomis. 
Ehtiyat oyunçular: 97. Tiaqo Silva, 41. Anar Nəzirov, 32. Qismət Alıyev, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 16. Fuad Bayramov, 26. Stefan Aka
28. Leroy Mikels, 11. Junior Martins, 77. Yeqor Boqomolski, 6. Eldar Quliyev. 
Baş məşqçi: Rəşad Sadıqov. 

17:00. "Neftçi" – "Kəpəz"
Hakimlər: Rəvan Həmzəzadə, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov.
VAR: Rauf Cabarov, Namiq Hüseynov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Bakı. "Palms Sports Arena".

 

Chosen
7
20
fanat.az

10Sources