Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Son günlər “WhatsApp” messencer platformasında Daxili İşlər Nazirliyi adından göndərildiyi iddia edilən xəbərdarlıq mesajları yayılıb.
Belə ki, sözügedən mesajda vətəndaşlardan diqqətli olmaları, mənzillərin ətrafında özlərini daxili işlər işçisi kimi təqdim edən bir qrup şəxsə inanmamaları vurğulanıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, vatsap qruplarında qurum adından yayılan xəbərdarlıq məzmunlu mətnlər feykdir:
“Lakin həmin məlumat köhnədir. Zamanında bununla bağlı rəsmi açıqlama verilib”.

Gülər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.