EN

“Cenoa” Vieyra ilə yollarını ayırıb - RƏSMİ

İtaliya A Seriyasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Apasport.az xəbər verir ki, "Cenoa" Patrik Vieyra ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fransalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 49 yaşlı çalışdırıcı uğursuz nəticələrə görə istefaya göndərilib.

Qeyd edək ki, Patrik Vieyra 2024-cü ilin noyabr ayında "Cenoa"nın baş məşqçisi postuna təyin olunmuşdu. A Seriyasında 9 turdan sonra qələbəsi olmayan komanda 3 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Mahir Emrelinin dayısı oğlunun meyiti tapılıb

Afrikalı futbolçu Bakıya gəlib - “Neftçi”də oynamağa razılıq verib

“Qarabağ” - “İmişli”: İcmal

"Qarabağ" - "Zirə" matçında hesab açılmayıb

"Neftçi" "Kəpəz"lə oyunun hazırlığını başa vurub

Chosen
34
apasport.az

1Sources