EN

Mbappe Real Madrid də ən çox xatırladığı qolunu açıqladı

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Kilian Mbappe "Real Madrid"də daha çox xatırladığı qolundan danışıb.

Oxu.Az "Marca" nəşrinə istinadən xəbər verir ki, fransalı forvard "Betis"lə görüşdə vurduğu topu unutmadığını bildirib.

"Mən daha çox son vurduğum qolumu xatırlayıram. Amma bu dəfə "Santyaqo Bernabeu"da vurduğum ilk qolumu seçərdim. "Betis"ə qarşı oynayırdıq. Matçdan əvvəl həyəcanlı idim. Həmin qol "Real Madrid" hekayəmin başlanğıcı oldu və xoş xatirə kimi yaddaşımda qaldı", - deyə Mbappe müsahibəsində bildirib.

Xatırladaq ki, hücumçu ötən mövsüm İspaniya çempionatının 4-cü turunda "Betis"lə matçda (2:0) dubl edərək, Madrid klubunda ilk qollarını vurub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
26
1
oxu.az

2Sources