Ermənistan Prezidenti Vaaqn Xaçatryan 1–3 noyabr tarixlərində işgüzar səfərlə Misirin paytaxtı Qahirəyə səfər edəcək.
Xezerxeber.az xəbər verir ki, bu barədə “Armenia Today” məlumat yayıb.
Məlumatda deyilir ki, Misir Prezidenti Əbdül-Fəttah əs-Sisinin dəvəti ilə Xaçatryan Misir Milli Muzeyinin açılış mərasiminə qatılacaq.
Səfər çərçivəsində Ermənistan dövlət başçısı beynəlxalq tərəfdaşlarla bir sıra görüşlər keçirəcək.