EN

İran ayətullahı: ABŞ mal-qaramız üçün problemlər yaradır

BAKI, 1 noyabr. TELEQRAF

“ABŞ-nin İrana tətbiq etdiyi sanksiyalar ölkənin kənd təsərrüfatı üçün problemlər yaradır”.

Teleqraf xəbər verir ki, bunu İranın dini rəhbərinin nümayəndəsi, ayətullah Qurbanəli Dari Nəcəfabadi deyib.

“ABŞ illərdir imkan vermir ki, Cənubi Koreya və Qətərdə bloklanmış neft satışından əldə olunan pullar ölkəyə qaytarılsın. Bu səbəbdən otlaqlarımız və mal-qaramız problemlərlə üzləşib, insanların sağlamlığı təhlükə altındadır”, - o bildirib.

Nəcəfabadinin fikrincə, ABŞ özünü böyük güc hesab edir və istəyir ki, bütün ölkələr onun nəzarəti altında olsun.

Chosen
18
teleqraf.com

1Sources