Türkiyənin tanınmış aktyoru Engin Çağlar vəfat edib.Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, E.Çağları motosiklet vurub. Xəstəxanaya aparılan 85 yaşlı sənətkar həkimlərin bütün müdaxilələrinə baxmayaraq həyatını itirib.Bildirilib ki, akytor sabah dəfn ediləcək.E.Çağlar Türkiyənin "Yeşilcam" filmlərinin aparıcı aktyorlarından olub.