EN

Putin azərbaycanlı səfirə rütbə verdi -

Rusiya prezidenti Vladimir Putin ölkənin Mavrikidəki səfiri İrada Zeynalovaya diplomatik xidmətin fövqəladə və səlahiyyətli səfir rütbəsini verib. Metbuat.az qaynarinfo.az-a istinadən xəbər verir ki, bununla bağlı sərəncam rəsmi hüquqi aktların dərc olunduğu portalda yerləşdirilib. Putin Zeynalovanı 2024-cü il sentyabrın 13-də Rusiyanın Mavrikidəki səfiri vəzifəsinə təyin etmişdi. Bundan sonra o, jurnalist fəaliyyətini başa vurduğunu açıqlamışdı.İrada Zeynalova 1997-ci ildə televiziya sahəsində fəaliyyətə başlayıb və "Rusiya" telekanalında yayımlanan "Vesti nedeli" proqramı üçün reportajlar hazırlayıb. 2003-cü ildə o, "Birinci kanal"a keçib.2012-ci ildən 2016-cı ilin iyul ayınadək Zeynalova "Birinci kanal"da yayımlanan "Voskresnoye vremya" adlı yekun xəbərlər proqramının aparıcısı olub. 2016-cı ilin payızında o, NTV telekanalına keçib və burada da analoji yekun xəbərlər buraxılışını aparıb.

İrada Zeynalovanın atası Aftandil Zeynalov azərbaycanlı, anası Qalina Alekseyevna rusdur.

Chosen
30
23
metbuat.az

10Sources