EN

SOCAR ilə Qarabağ Universiteti arasında Əməkdaşlıq Müqaviləsi imzalanıb

Bakı. Trend:

SOCAR ilə Qarabağ Universiteti arasında Əməkdaşlıq Müqaviləsiimzalanıb.

Trendxəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Bildirilib ki, Xankəndi şəhərində keçirilən imzalanmamərasimində elm və təhsil nazirinin müavini Həsən Həsənli, SOCAR-ınvitse-prezidenti Ziba Mustafayeva, Qarabağ Universitetinin rektoruŞahin Bayramov iştirak ediblər.

İlk öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevinbüstü önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini dərinehtiramla yad ediblər.

Tədbirdə çıxış edən Şahin Bayramov, Həsən Həsənli və ZibaMustafayeva əməkdaşlıq istiqamətlərinin praktik əhəmiyyətindən bəhsedərək bu tərəfdaşlığın qurulmasından məmnunluqlarını ifadəediblər.

Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti cənab İlhamƏliyevin müdrik rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərimizdəaparılan genişmiqyaslı bərpa və quruculuq işləri nəticəsindəXankəndi şəhərinin də sürətli inkişaf və dirçəliş mərhələsinə qədəmqoyduğu qeyd olunub. Bu xüsusda, Qarabağ Universitetinin təsisedilməsinin bölgənin elmi və mədəni dirçəlişinə mühüm töhfəverəcəyi vurğulanıb.

SOCAR ilə Qarabağ Universiteti arasında qurulan əməkdaşlığın“SOCAR Türkiyə”, “SOCAR Midstream Gas Operations” MMC, həmçinin bpvə digər tərəfdaş şirkətlər arasında qarşılıqlı bilik və təcrübəmübadiləsi, birgə inkişaf imkanlarının gücləndirilməsi, təhsiləsosial sərmayə layihələrinin idarə edilməsi baxımından körpü rolunuoynayacağı vurğulanıb.

​Rəsmi tədbirdən sonra universitetin bir qrup tələbələri iləgörüş keçirilib. Görüşdə Bakı Ali Neft Məktəbinin rektoru ElmarQasımov və “SOCAR Türkiyə”nin baş icraçı direktoru Elçin İbadovtələbələr qarşısında çıxış ediblər.

​SOCAR nümayəndələri Qarabağ Universitetinin infrastrukturu,İncəsənət fakültəsi, ali təhsil müəssisəsinin tibbi klinikası vəyataqxana kompleksi ilə tanış olublar. ​

Qeyd edək ki, SOCAR ilə Qarabağ Universiteti arasında imzalananəməkdaşlıq müqaviləsi təhsil və sənaye arasında daha sıx əlaqələrinqurulmasına, rəqabətli insan kapitalının inkişafına töhfə verməkməqsədi daşıyır.

Əməkdaşlıq çərçivəsində tələbələr üçün təcrübə və təqaüdproqramları, “SOCAR Türkiyə” və “SOCAR Midstream Gas Operations”MMC tərəfindən elmi-tədqiqat və innovativ layihələrindəstəklənməsi, Bakı Ali Neft Məktəbi və Qarabağ Universitetiarasında müştərək tədris proqramları və bir sıra digər tədbirlərinhəyata keçirilməsi nəzərdə tutulur.

Chosen
8
2
az.trend.az

3Sources