EN

Jurnalistlərə yeni məhdudiyyətlər qoyuldu – Ağ Evdə

Ağ Ev akkreditə olunmuş jurnalistlərin mətbuat katibi Kerolayn Livittin və Oval kabinetin yaxınlığındakı kommunikasiya üzrə digər yüksək səviyyəli məmurların ofislərinə girişini məhdudlaşdırıb.

NOCOMMENT.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, jurnalistlərə görüş təqin olunmadan 140 nömrəli otağa girmək qadağan olunub.

Ağ Evin bu addımı ayın əvvəlində Müdafiə Nazirliyinin müxbirlərinə tətbiq edilən məhdudiyyətlərin onlarla jurnalisti Pentaqon ofislərini boşaltmağa və etimadnamələrini geri qaytarmağa sövq etməsindən sonra atılıb.

Milli Təhlükəsizlik Şurasından bildirilib ki, qurumdakı struktur dəyişiklikləri Ağ Evin kommunikasiya əməkdaşlarının indi “müntəzəm olaraq konfidensial materiallarla işləməsi “ səbəbindən tətbiq olunub.

Əvvəllər Ağ Evin akkreditə olunmuş müxbirləri qısa müddətdə mətbuat katibi Livitt, onun müavini Stiven Çunq və digər yüksək vəzifəli məmurlarla danışmaq üçün Oval kabinetdən qısa dəhlizdə yerləşən 140 nömrəli otağa daxil ola bilirdilər.

Agentlik xatırladıb ki, Tramp administrasiyası bir neçə ay əvvəl “Reuters”, “Associated Press” və “Bloomberg News”u prezidentin fəaliyyətini işıqlandıran daimi müxbirlər “dəstəsindən” çıxarıb, hərçənd, bu nəşrlərə ara-sıra söhbətdə iştirak etməyə icazə verir.

Xatirə SADİQ

Chosen
26
nocomment.az

1Sources