EN

Fransa klubunun hücumçusu “Barselona”ya keçə bilər

futbolpress-az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Strasburq” klubunun hücumçusu Xoakin Paniçelli karyerasını İspaniyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Barselona” 23 yaşlı forvardın xidmətində maraqlıdır. Bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb. Kataloniya klubu qış fasiləsində oyunçu üçün hərəkətə keçməyi planlaşdırır.

Paniçelli bu mövsüm Fransa çempionatında 10 oyunda 9 qol vurub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
42
futbolpress.az

1Sources