EN

Tehranda Xamineyidən xəbərsiz təyinat

İranda son günlər SEPAH-ın rejimin rəhbərliyindən qoparaq, müstəqil hərəkət etməsinə dair məlumatlar yayılıb.

Tribunainfo.az xəbər verir ki, SEPAH komandanı Pakyin artıq İranın dili lideri Əli Xamineyinin qərarvermə səlahiyyətindən məhrub edib və onun sözlərinə qulaq asmır.

Dünən baş verən hadisə isə bu iddiaların doğru olduğunu təsdiqləyib. Belə ki, İranda hər hansı rəsmi açıqlama verilmədən Qüds Qüvvələrinin keçmiş komandanı və keçmiş daxili işlər naziri Əhməd Vahidi Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini təyin edilib.

Halbuki Vahidinin təyinatı rəsmi olaraq açıqlanmalı, mediada dərc edilməliydi. Lakin bunların heç biri baş verməyib.

Yerli ekspertlər bildirirlər ki, SEPAH-ın bu addımları birmənalı olaraq Xamineyi ilə hesablaşmadıqlarını nümayiş etdirir.

Fərda Uğur

Chosen
35
1
tribunainfo.az

2Sources