EN

Paşinyan hökumət komissiyasının yeni tərkibini təsdiqlədi Kommunikasiyaların açılması ilə məşğul olacaq

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə ilə Azərbaycan arasında kommunikasiyaların açılması üzrə hökumət komissiyasının yeni tərkibini təsdiqləyib.

“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, qərara əsasən, komissiyaya Baş nazirin müavini Mger Qriqoryan rəhbərlik edəcək. Onunla yanaşı, komissiyaya müxtəlif nazirlik və dövlət qurumlarının yüksək vəzifəli nümayəndələri daxil edilib.

Hökumətin qərarına əsasən, komissiyanın yeni üzvləri kimi Karen Andreasyan, Artaşes Tumanian və Anait Şirinyan təyin olunublar.

Komissiyanın əsas vəzifəsi Ermənistan və Azərbaycan arasında nəqliyyat və iqtisadi kommunikasiyaların bərpası və açılması ilə bağlı danışıqları koordinasiya etməkdir.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
46
azpolitika.info

1Sources