Bakı. Trend:
Bu ilin oktyabrın 1-nə Azərbaycanda real sektora kredit qoyuluşuüzrə kredit portfeli 31,042 milyard manat təşkil edib.
Trend-inAzərbaycan Mərkəzi Bankının məlumatları əsasında apardığıhesablamaya görə, bu, aylıq müqayisədə 577,2 milyon manat və ya1,9%, 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən isə 2,6milyard manat və ya 9,3% çoxdur.
Dövr ərzində Azərbaycanda fəaliyyət göstərən banklar vəqeyri-banklar tərəfindən ən çox kredit ev təsərrüfatına qoyulub.Belə ki, bu ilin oktyabrın 1-nə sözügedən sahəyə qoyulmuşkreditlərin həcmi 18,469 milyard manata çatıb. Bu isə ötən ilineyni dövründəki göstərici ilə müqayisədə 2,1 milyard manat və ya12,8% çoxdur.
Bundan başqa, hesabat dövründə banklar və qeyri-banklartərəfindən ticarət və xidmət sektoruna 4,281 milyard manat (+6%),nəqliyyat və rabitə sektoruna 2,095 milyard manat (+18,1%), inşaatvə tikinti sektoruna 1,820 milyard manat (-3,4%), sənaye vəistehsal sektoruna 1,674 milyard manat (+11,6%), mədənçıxarma vəelektrik enerjisi, qaz, buxar və su təsərrüfatı sektoruna 709,9milyon manat (-16,6%), kənd təsərrüfatı, meşə təsərrüfatı vəbalıqçılıq sektoruna 563,4 milyon manat (+6,4%) kredit qoyulub.