EN

Paşinyan müdaxilə mesajı verdi - Eçmiədzin darmadağın ediləcək

BAKI, 1 noyabr. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan erməni kilsəsinin mərkəzinə - Eçmiədzin kafedralına müdaxilə mesajı verib.

Teleqraf xəbər verir ki, bu qənaətə erməni politoloq Suren Surenyants baş nazirin son mesajlarını şərh edərkən gəlib.

Nikol Paşinyan dünən Eçmiədzinin bəyanatına cavab olaraq belə bir açıqlama verib: “İbadətlərimizi Hovhannavankda, (katolikos II Qaregin vəzifəsindən uzaqlaşdırıldıqdan) sonra da Ana Taxtada davam etdirəcəyik”.

Suren Surenyantsa görə, Ermənistan liderinin bəyanatı bu mənaya gəlir: “Zahirən bu ifadəni barışıq jesti kimi qəbul etmək olar, amma məzmun və siyasi kontekstdə Erməni Apostol Kilsəsinin institusional əsaslarını sarsıtmağa (II Qaregini taxtdan uzaqlaşdırmağa – red.) yönəlmiş yeni mərhələnin başlanğıcı kimi səslənir”.

II Qareginin ofisi bundan öncə Nikol Paşinyanın katolikos tərəfindən kilsədən uzaqlaşdırılmış keşiş Aram Asatryanla Hovhannavank monastırında keçirdiyi liturgiyanı “iyrənclik” adlandırıb. Surenyantsın fikrincə, Paşinyanın bu kontekstdə II Qareginə verdiyi cavab onun kilsənin muxtariyyəti statusunu ləğv etmək niyyətini ehtiva edir.

Ekspert qeyd edib ki, baş nazirin bəyanatı kilsəyə qarşı iki məqsəd güdən siyasi çağırışdır:

- İctimai şüurda kilsənin nüfuzunu sarsıtmaq;

- Kilsənin fəaliyyətinə dövlət müdaxiləsinə haqq qazandırmaq.

Xatırladaq ki, keşiş Aram Asatryan oktyabrın 21-də katolikos tərəfindən kilsədən uzaqlaşdırılıb. Asatryan “erməni kilsəsi və rəhbərini ləkələməkdə” ittiham olunub. Bundan sonra o, Eçmiədzin kafedralından alınaraq dövlətin balansına verilən Hovhannavank monastırında fəaliyyətə başlayıb. Ötən bazar günü onun burada keçirdiyi liturgiyada Nikol Paşinyan da iştirak edib.

Ermənistan Baş naziri bundan öncə andını pozan II Qareginin artıq bütün ermənilərin katolikosu olmadığını açıqlamış, onu könüllü istefaya çağırmışdı.

Chosen
25
teleqraf.com

1Sources