EN

İsveçrədə Ukrayna qaçqınları üçünSIĞINACAQ MƏHDUDİYYƏTLƏRİ QÜVVƏYƏ MİNDİ

İsveçrədə noyabrın 1-də Ukraynanın qərbi vilayətlərindən olan qaçqınlar üçün sığınacaq məhdudiyyətləri qüvvəyə minib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İsveçrənin Miqrasiya üzrə Dövlət Katibliyinin (SEM) saytı məlumat yayıb.

 

Agentlik S statusunun qorunması üçün hər bir müraciəti daha diqqətlə araşdıracaq.

 

"SEM hər bir müraciəti ayrıca nəzərdən keçirməyə davam edir. Əgər SEM, şəxsin geri qayıtmasının əsaslı hesab edildiyi regiondan gəldiyi üçün qorunma üçün müraciəti rədd etsə, deportasiya qərarı veriləcək", - açıqlamada deyilir.

 

Volınsk, Roven, Lvov, Ternopol, Zakarpatye, İvano-Frankivsk və Çernoviçk vilayətləri təhlükəsiz regionlar kimi təyin edilib.

Chosen
42
senzor.az

1Sources