Bakı. Trend:
Birləşmiş Ştatlar Yamaykaya “Melissa” qasırğasının fəsadlarınınaradan qaldırılmasına kömək məqsədilə hərbçilər və yüklərlə dolu üçhərbi helikopter göndərib.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin CənubKomandanlığının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, müxtəlif təchizatlarla birlikdə üç “CH-47Chinook” helikopteri ilkin xilasetmə və təcili humanitar yardımsəyləri çərçivəsində 40 hərbçini daşıyıb.
Qeyd edilir ki, yaxın vaxtlarda adaya daha üç “UH-60 Black Hawk”və iki “HH-60 Black Hawk” helikopteri yola salınacaq.