EN

“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Benin millisinə çağırılıb

“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Felipe Santos Benin milli komandasına çağırılıb.

Bu barədə İdman.Biz klubun rəsmi saytına istinadən xəbər verir.

Futbolçu noyabrın 10-da Kotonuda təlim-məşq toplanışına qatılacaq.

Bu hazırlıqdan sonra komanda noyabrın 18-də Burkina-Faso ilə yoldaşlıq oyunu üçün Rabata yola düşəcək. Santos bu oyunda Benin millisində debüt edə bilər.

Qeyd etmək lazımdır ki, braziliyalı futbolçuya daha əvvəl Benin pasportu verilib.

İdman.Biz

Chosen
13
11
idman.biz

10Sources