EN

Zelenskidən sərt addım: Rusiya, Çin və İran şirkətlərinə sanksiya tətbiq etdi

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya hərbi sənaye kompleksinə yardım göstərən xarici şirkətlərə qarşı yeni sanksiyalar paketi imzalayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Prezident Administrasiyası məlumat yayıb. Məlumata görə, məhdudiyyətlər 10 fiziki şəxsə və 31 şirkətə şamil olunur.

Siyahıya Rusiyadan, İrandan və Çindən olan müəssisələr daxildir. Onların Rusiyanın müdafiə sənayesinə avadanlıq və komponentlər tədarük etdiyi bildirilir.

Sanksiyalar “Tulaoboronstroy”, “Yujnoralsk klapan və izolyator zavodu”, “ESFG Baltika”, “Carbon Solutions” və digər şirkətləri əhatə edir.

Ukrayna tərəfi bildirir ki, bu addım Rusiyanın hərbi potensialını zəiflətmək və sanksiya rejiminin pozulmasının qarşısını almaq məqsədi daşıyır.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
24
globalinfo.az

1Sources