EN

"Siyasi münasibətlər yüksək səviyyədə olmasa, iş adamlatı cəsarətli addamlar ata bilməzlər" - Birol Akgün

"Sabah paytaxtda Avrasiya Gənc İş Adamları Forumu öz işinə başlayacaq. Tədbirdə 45-dən artıq ölkədən nümayəndə və sahibkarlar iştirak edəcəklər".

Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün "Gənc MÜSİAD"ın təşkilatçılığı ilə keçiriləcək Avrasiya Gənc İş Adamları Forumunda (EYBF2025) keçirilən görüşdə Yeniazerbaycan.com-a açıqlamasında deyib.

Diplomat bildirib ki, son illərdə Türkiyə–Azərbaycan münasibətlərinin dinamik şəkildə inkişafı, eləcə də Türk Dövlətləri Təşkilatının inteqrasiyanı gücləndirən fəaliyyəti regionda böyük maraq doğurur:

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin göstərdiyi güclü siyasi dəstək iş dünyası üçün mühüm əhəmiyyət daşıyır. Siyasi münasibətlər yüksək səviyyədə olmasa, iş adamları da cəsarətlə addım ata bilməzlər. Bu gün sahibkarları ruhlandıran əsas amil liderlərimizin uzaqgörən və strateji vizyonudur”, — deyə səfir qeyd edib.

Chosen
35
1
yeniazerbaycan.com

2Sources