EN

Əyləci sıradan çıxan “Honda” 6 avtomobilə çırpıldı; qadın sürücü maşından yıxıldı VİDEO

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Əyləci sıradan çıxan avtomobil altı nəqliyyat vasitəsinə zərər yetirib. Avtosfer.az xəbər verir ki, Rusiyanın Vladivostok şəhərində baş verən hadisənin görüntüləri kameraya düşüb.

Belə ki, səhərin Praporşçik Komarov küçəsində qadın sürücü idarə etdiyi “Honda Stream”lə hərəkətdə olan zaman avtomobilin əyləcində nasazlıq yaranıb. Havanın yağışlı və yolun sürüşkən olması səbəbindən idarəetmədən çıxan maşın yol kənarında park edilmiş 6 nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin təsirindən qadın sürücü qapısı açılan qapıdan yola düşüb.

Qəza nəticəsində “Honda”nın sürücüsü yüngül xəsarətlər alıb.

Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:

Namiq Musayev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
25
avtosfer.az

1Sources