EN

Azərbaycanlı hakim "Napoli" - "Ayntraxt" matçını idarə edəcək

Azərbaycanlı hakim Kamal Umudlu UEFA-dan növbəti təyinat alıb.

Apasport.az xəbər verir ki, FIFA referisi UEFA Gənclər Liqasının əsas mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək "Napoli" - "Ayntraxt" matçını idarə edəcək. Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Ona yan xətt hakimləri Namik Hüseynov və Vüsal Məmmədov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə italiyalı Cüzeppe Kollu yerinə yetirəcək.

Qeyd edək ki, "Napoli" - "Ayntraxt" qarşılaşması noyabrın 4-də Bakı vaxtı ilə saat 14:30-da start götürəcək.

“Araz-Naxçıvan”ın futbolçusu Benin millisinə dəvət alıb

“Qarabağ” - “Çelsi” matçına 27250 bilet satılıb

Quliyev Samir Abasova inanır: “Ona vaxt vermək lazımdır”

Emreli üçün yeni şans: İtaliya və Polşadan təkliflər var

Azərbaycanlı futbolçu istəyinə çatacaq: MİLLİDƏ DEBÜT EDƏ BİLƏR

Chosen
40
5
apasport.az

6Sources