EN

Şeyxülislam Allahşükür Paşazadə ölkəmizin Vatikandakı və İtaliyadakı səfirliklərinə baş çəkib

Vatikan, 31 oktyabr, AZƏRTAC

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın Müqəddəs Taxt-Tacdakı və İtaliyadakı səfirliklərinə baş çəkib.

AZƏRTAC xəbər verir ki, şeyxülislam Allahşükür Paşazadə hər iki binada yaradılan şəraitlə tanış olub, xeyir-dua verib.

Məlumat verilib ki, Müqəddəs Pyotr Bazilikasına aparan əsas küçədə yerləşən Vatikandakı səfirliyimiz Apostol Sarayına və rəsmi qurumlara yaxın ərazidədir.

Bildirilib ki, İtaliyadakı səfirliyimizin binasında, həmçinin Azərbaycan Mədəniyyət Mərkəzi də fəaliyyət göstərir. Mərkəzin daxili tərtibatında Azərbaycanın dövlət rəmzlərindən, milli sənətkarlıq elementlərindən, o cümlədən şəbəkədən istifadə edilib. Azərbaycan xalçaları mərkəzdəki ekspozisiyanın ən qiymətli inciləri sırasındadır. Mədəniyyət Mərkəzində Heydər Əliyev Fondu tərəfindən italyan dilində nəşr olunmuş Azərbaycanla bağlı kitablar nümayiş etdirilir.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Vatikan

 

Chosen
21
2
azertag.az

3Sources