"Araz-Naxçıvan"ın futbolçusu Felipe Santos Benin millisinin təlim-məşq toplanışına dəvət alıb.
"Unikal" xəbər verir ki, o, noyabrın 10-da yeni komandasının Kotonuda təşkil ediləcək hazırlıq prosesinə qoşulacaq.
Benin millisi bir neçə günlük hazırlıqdan sonra Mərakeşin paytaxtı Rabata səfər edəcək. Yarımmüdafiəçi noyabrın 18-də Burkina Faso ilə orada keçiriləcək yoldaşlıq oyununda debüt edə bilər.
Qeyd edək ki, braziliyalı futbolçuya bir müddət əvvəl Benin pasportu təqdim edilib.