EN

Mərkəzi Bankda fintex sektorunun inkişafı müzakirə olunub

BAKI, 31 oktyabr. TELEQRAF

Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilov Azərbaycan Fintex Assosiasiyasının nümayəndələri ilə görüşüb. Sədr müavini Vüsal Xəlilov AzFina-nın yeni İdarə Heyəti üzvlərini və sədrini təyinatları münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Görüş zamanı 2025-ci ilin üçüncü rübü üzrə fintex ekosistemində müşahidə olunan meyllər və sektorun inkişaf prioritetləri müzakirə olunub. Daha sonra Mərkəzi Bankın rəqəmsal ödəniş infrastrukturunun əhatə dairəsinin genişləndirilməsi, o cümlədən fintex sektorunda dayanıqlı inkişafın dəstəklənməsi və rəqəmsal innovasiyaları təşviqi istiqamətində həyata keçirdiyi təşəbbüslər iştirakçıların diqqətinə çatdırılıb.
Görüşdə həmçinin fintex şirkətləri ilə banklar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi məsələlərinə dair ətraflı fikir mübadilə aparılıb.

Chosen
3
3
teleqraf.com

5Sources