EN

İki zolağın arasına girən sürücü baxın necə təhlükə saçdı VİDEO

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Paytaxtın Səbail rayonu, Bibiheybət yolunda qayda pozan sürücü avtomobilin kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə oktyabrın 30-da saat 18:53 radələrində qeydə alınıb. Videodan göründüyü kimi, 90-YK-577 dövlət nömrə nişanlı “Chevrolet” markalı avtomobilin sürücüsü manevr qaydasını pozub.

Belə ki, önündəki maşını ötən sürücü sağ zolaqdakı nəqliyyat vasitəsinə əhəmiyyət vermədən sağa manevr edib. Həmin zolağa keçə bilməyən sürücü bir müddət iki zolağın ortası ilə hərəkət edərək həm sol, həm də sağdakı avtomobilə qəza şəraiti yaradıb. O, bununla kifayətlənməyərək sol zolağa keçərək qəfil əyləci sıxıb və görüntünü qeydə alan sürücüyə yenidən təhlükə yaradıb.

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
27
avtosfer.az

1Sources