EN

Yaşıl enerji sektorundakı əməkdaşlıq bütün Avropa regionu üçün enerji təhlükəsizliyini gücləndirən mühüm amildir - Nazir

Bakı. Trend:

Yaşıl enerji sektorundakı əməkdaşlıq təkcə Bolqarıstan üçündeyil, bütün Avropa regionu üçün enerji təhlükəsizliyinigücləndirən mühüm amildir.

Trend KəndTəsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir MəcnunMəmmədov Sofiyada İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-BolqarıstanHökumətlərarası Komissiyanın 7-ci iclasında çərçivəsindəBolqarıstan-Azərbaycan biznes forumunda çıxışı zamanı bildirib.

Nazir Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətindəhəyata keçirilən islahatlar barədə məlumat verib. BolqarıstanıAzərbaycanın qlobal enerji layihələrində fəal iştirakçı adlandırannazir bildirib ki, enerji, o cümlədən yaşıl enerji sektorundakıəməkdaşlıq təkcə Bolqarıstan üçün deyil, bütün Avropa regionu üçünenerji təhlükəsizliyini gücləndirən mühüm amildir. Nazir MəcnunMəmmədov əlavə edib ki, enerji ilə yanaşı, kənd təsərrüfatı, qidaemalı, turizm və beynəlxalq yük daşımaları da daxil olmaqla,iqtisadi əlaqələri inkişaf etdirmək üçün əhəmiyyətli potensialamalik bir çox digər sektorlar da mövcuddur. Nazir iş adamlarınıyeni əməkdaşlıq imkanlarını araşdırmağa çağırıb.

Bolqarıstan energetika nazirinin müavini İva Petrova isə qeydedib ki, hər iki ölkənin maraqlarına uyğun olaraq müsbət inkişafedən Azərbaycanla strateji əməkdaşlıq münasibətləri artıq yenisəviyyəyə çatıb. Bolqarıstan hökumətinin təbii qaz təchizatınışaxələndirmək və regionda enerji təhlükəsizliyini artırmaqistiqamətində Azərbaycanla mühüm əməkdaşlıq edir: “Avropaməqsədləri kontekstində bir-biri ilə əlaqəli və vahid ümumavropaqaz bazarının yaradılması üçün Bolqarıstan hökuməti qazinfrastrukturunun inkişafı, milli qaz ötürmə şəbəkəsiningenişləndirilməsi və qonşu ölkələrlə əlaqələringenişləndirilməsində maraqlıdır. Bu istiqamətdə bizim Azərbaycanlatərəfdaşlığımız enerji müstəqilliyinin və təhlükəsizliyinin təminedilməsində əsas rol oynayır” - deyə Bolqarıstanın energetikanazirinin müavini vurğulayıb.

Forumda Azərbaycan və Bolqarıstan arasında qarşılıqlıinvestisiya və ticarət əlaqələrinin genişləndirilməsi və yeniəməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi müzakirəedilib.

Tədbirdə çıxış edən Bolqarıstan Kiçik və Orta MüəssisələrinTəşviqi Agentliyinin icraçı direktoru Boyko Takov, AzərbaycanRespublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin(AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bolqarıstan vəAzərbaycanda biznes mühiti, sahibkarlığın dəstəklənməsiistiqamətində görülən işlər barədə məlumat verib, hər iki ölkəniniqtisadi prioritetləri və xarici investorlar üçün yaradılmışimkanlar haqqında danışıblar.

Daha sonra Bolqarıstan və Azərbaycanda investisiya mühiti barədətəqdimatlar keçirilib.

Biznes forum çərçivəsində iş adamları arasında ikitərəfligörüşlər təşkil olunub, işgüzar əlaqələrin genişləndirilməsiimkanları müzakirə edilir.

Chosen
11
az.trend.az

1Sources