EN

Azərbaycanın xaricə fındıq ixracı 40% artıb

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan xaricə 99,9 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac edib.

FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.

Bu, ötən ilin 9 ayı ilə müqayisədə 28,3 milyon ABŞ dolları və ya 39,5% çoxdur.

Bununla belə, təkcə sentyabr ayında ixracat ötən ilin eyni ayı ilə müqayisədə 1,2 milyon dollar (9%) azalaraq 12,1 milyon dollar təşkil edib.

Ötən ilin yanvar-sentyabr aylarında Azərbaycan 71,6 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac etmişdi.

Chosen
16
fed.az

1Sources