EN

İsraildə İran festivalı | Gözlənilməz

AzVision.az xəbər verir ki, “Israelhayom.co.il” portalınınməlumatına görə, 24-25 noyabrda baş tutacaq festival Sderot Bələdiyyəsinin dəstəyi ilə Negevdən olan mədəniyyət xadimi və sahibkar Dana Samah tərəfindən təşkil olunur. Festival “Novruz” adlanacaq.

“Təhdidlərin və silahların toqquşduğu bir dünyada mədəniyyət bizə başqa bir dilin - duyğuların, gözəlliyin və insan əlaqəsinin dilinin varlığını xatırladır. Ümid edirəm ki, festival incəsənət, film və musiqi vasitəsilə dialoqa qapı açacaq”,- xanım Samah deyib.

Festival artıq İran mediasının diqqətini cəlb edib. Onun bəzi tədbirləri festivalın “Facebook” səhifəsində canlı yayımlanacaq ki, iranlı tamaşaçılar da real vaxt rejimində baxıb şərh verə bilsinlər.

- İran ictimaiyyətinin də bizim mədəniyyətə və onun istehsal etdiyi kinoya olan marağımızı tanıması vacibdir. Əgər bir iranlı tamaşaçı belə bizi dinləsə və bizim sevgi ilə danışdığımızı görsə, biz vacib bir iş görmüş olarıq”,- Dana Samah vurğulayıb.

Festival ənənəvi fars musiqisini müasir melodiyalarla birləşdirən “İtay Armon” ansamblının çıxışı ilə açılacaq. Bunun ardınca Sderotun fars əsilli meri Alon Davidi, o cümlədən incəsənət xadimləri, mədəniyyət xadimləri, xarici diplomatlar və qonaqların iştirakı ilə açılış mərasimi keçiriləcək.

Axşam proqramında “Lolita oxuyarkən” filminin nümayişi və fars melodiyalarını ifa edəcək Hezi Panyanın çıxışları olacaq.

Festival rejissor Əsgər Fərhadinin “Casus” filminin nümayişi ilə yekunlaşacaq.

Sahil İsgəndərov
AzVision.az
Chosen
22
1
azvision.az

2Sources