EN

Qadınlara hörmət iman əlamətidir, onlar Allahın xüsusi varlıqlarıdır - Qırğızıstan müftisi

BAKI, 31 oktyabr. TELEQRAF

Qırğızıstanın müftisi Əbdüləziz Zakirov “Qadınlar - ümmətin əmanət xəzinəsi” adlı müraciətlə ölkə vətəndaşlarına çağırış edib.

Teleqraf xəbər verir ki, müfti qadınlara hörmət, qayğı və şəfqət göstərmələrinin kişilərin müqəddəs borcu olduğunu bildirib.

Müraciətində Qırğızıstanın ruhani lideri qeyd edib ki, qadınlar xeyirxahlıq, mərhəmət və dözümlülük bəxş edilmiş Allahın xüsusi varlıqlarıdır:

“İslam həmişə qadını qoruyub, onlara münasibəti kişinin iman ölçüsüdür”.

Əbdüləziz Zakirov qadınlara qarşı zorakılıq və etinasızlığı pisləyib, kişiləri anaları, xanımlarına və bacılarına sevgi, diqqət və himayə göstərməyə çağırıb.

“Qadınlara hörmət iman əlamətidir, onlara qarşı zülm isə mənəvi zülmətdir”, - Qırğızıstanın müftisi əlavə edib.

Chosen
22
teleqraf.com

1Sources