EN

Dollarla bağlı vacib qərar Manata təsiri olacaq?

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ mərkəzi bank funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) uçot faiz dərəcəsini 0,25 baza bəndi azaldaraq illik 3,75-4 faiz aralığına endirib. Qurum həmçinin, balans aktivlərinin azaldılmasını dekabrın 1-də başa çatdıracağını açıqlayıb. FED-in növbəti iclası isə dekabrın 9-10-da keçiriləcək.Dolların gələcək taleyi ilə bağlı Demokrat.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, bu qərar gözlənilən idi:“FED-in faiz azaldılmasına getməsi Donald Trampın tələblərindən biri idi. Düşünürəm ki, gələn ilin əvvəlində yenidən faiz endirimi olacaq. Dolların indeksinin dünya bazarında müəyyən dərəcədə düşməsi ABŞ-nin yararınadır. ABŞ daha çox ixrac edir, ABŞ mallarına tələbat artır və Tramp adminstrasiyasının da istəyi budur. 

Bunun Azərbaycana demək olar heç bir təsiri yoxdur. Çünki Azərbaycanda məzənnə inzibati qaydada tənzimlənir və dollar-manat məzənnəsi Mərkəzi Bankın qərarı ilə müəyyənləşdirilir”.Cavidan Mirzəzadə

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
43
demokrat.az

1Sources