EN

Həmkəndlilərinin evlərindən oğurluq edən Masallı sakini saxlanılıb » AzadMedia.az


Masallı rayonunun Qodman kəndində yerləşən yaşayış evlərindən birindən 3000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 33 yaşlı Yasin Mürşüdov saxlanılıb. Araşdırmalarla onun Qodman kəndində yerləşən digər bir evdən də 1000 manat pul və 300 manat dəyərində bəzək əşyaları oğurladığı müəyyən edilib.

Faktlarla bağlı cinayət işi başlanılıb, Y.Mürşüdov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Chosen
10
14
azadmedia.az

10Sources