EN

Qazaxıstandan dəhliz açıqlaması: Ermənistan da qoşuldu

BAKI, 31 oktyabr. TELEQRAF

“Qazaxıstan Şərq və Qərb arasında geosiyasi və geoekoiqtisadi körpü rolunu oynayır, nəqliyyat və energetika sahələrində yeni dəhlizlərin əsas mərkəzinə çevrilib”.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan xarici işlər nazirinin müavini Əlibek Quantırov deyib.

Nazir müavini bildirib ki, son onilliklərdə Qazaxıstan nəqliyyat infrastrukturunun inkişafına 35 milyard ABŞ dollarından çox sərmayə yatırıb:

“Nəticədə ölkənin nəqliyyat sistemi 21 min kilometr dəmir yolu, 95 min kilometr avtomobil yolu və Xəzər dənizindəki iki limanı - Aktau və Quruqtı əhatə edir.

Hazırda ölkənin ərazisindən 8 beynəlxalq nəqliyyat dəhlizi keçir. Bu, Qazaxıstanı “Bir Kəmər, Bir Yol” təşəbbüsünün mərkəzi qovşağına, Çin, Avropa İttifaqı və Mərkəzi Asiya üçün vacib nəqliyyat tərəfdaşına çevirir. Xüsusilə sürətlə inkişaf edən istiqamət Orta dəhlizdir. Bu dəhliz Çin və Qazaxıstanı Xəzər dənizi vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyə ilə birləşdirir. Hazırda Ermənistan da öz ticarət yolları vasitəsilə bu istiqamətə qoşulub.

Keçən il bu dəhliz vasitəsilə tranzit həcmi 60 faiz artaraq 4-5 milyon ton yükə çatıb. Bu, yalnız nəqliyyat dəhlizi deyil, həm də iqtisadi sabitliyin, diversifikasiyanın və tədarük zəncirlərinin etibarlı alternativ yolunun göstəricisidir. Eyni zamanda, bu dəhliz Şərq və Qərbi birləşdirən strateji körpü funksiyasını da yerinə yetirir”.

Chosen
24
teleqraf.com

1Sources