EN

“HH Group” fermerlərə saxta toxum satır

Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“HH Group” adlı şirkət Azərbaycanda saxta qarğıdalı toxumu satır. Bu şirkətdən toxum alan çoxsaylı fermerler ciddi zərərə uğrayıb.

Bu barədə Gununsesi.info-ya müraciət edən fermer Taryel İbrahimov və başqaları bildirib ki, toxum adıyla onlara satılan qarğıdalı yararsız imiş.

“Biz toxumu HH Group-un Şəmkirdəki mağazasından aldıq. Müdir olduğu deyilən Vaqif Hüseynov adlı şəxs  toxumun tam səpin üçün yararlı olduğunu desə də amma məhsul zamanı bunun əksinin şahidi olduq. Biz  sonradan öyrəndik ki, Hüseyn Hüseynov adlı adama məxsus şirkətdən toxum alan bütün fermerlər zərər düşüb. Onlar iddia edir ki, guya yaxşı sulanmayıb. Biz illərdir ki, əkin-biçinlə məşğuluq. Başqa fermerlərdə də eyni durumdur. Ortada dələduzluq faktı var. Biz Şəmkir Rayon Polis Şöbəsinə də müraciət etmişik”.

Gununsesi.info-nun əməkdaşı “HH Group”un sahibi Hüseyn Hüseynovla danışıb.

Ancaq Hüseyn Hüseynov jurnalistin sualına cavab vermək əvəzinə “siz demoqoqiya ilə məşğul olursuz” deyərək, telefonun dəstəyini asıb.

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin və Qida Təhlükəsizliyi Agentliyinin mövqeyini də işıqlandırmağa çalışacağıq.

Gununsesi.info-nun araşdırması zamanı məlum olub ki, Hüseyn Hüseynov və Vaqif Hüseynov barəsində çoxsaylı narazılıqlar və şikayətlər var.

Görünür, özlərini cəzasızlıq mühitində hiss edən bu adamlar vətəndaşları aldatmaqla məşğuldur.

Elmar

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
33
icma.az

1Sources