BAKI, 31 oktyabr. TELEQRAF
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan İsveçrəyə qeyri-neft məhsullarının ixracı 247,8 milyon ABŞ dolları təşkil edib. Ötən illə müqayisədə bu istiqamətdə 2,1 dəfə artım olub.
Teleqraf xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın oktyabr sayında qeyd olunub.
Hesabat dövründə Rusiya Federasiyasına ixrac 4,2% artaraq 878,9 milyon ABŞ dollarına çatıb. Gürcüstana ixrac 25,5% artımla 244,8 milyon dollar, Ukraynaya ixrac isə 83,4% artımla 147,3 milyon dollar təşkil edib.
2025-ci ilin sentyabr ayında Rusiya Federasiyasına 64,8 milyon ABŞ dolları, Türkiyəyə 41,1 milyon ABŞ dolları, Gürcüstana 28,4 milyon ABŞ dolları, İsveçrəyə 27,7 milyon ABŞ dolları, Ukraynaya isə 15,5 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.
 
                        