EN

Məşhur uelsli Arsenal ı tənqid etdi Mənə gülməli gəlir

ain.az bildirir, Fanat saytına əsaslanaraq.

Tanınmış uelsli mütəxəssis Toni Pyulis Mikel Artetanın baş məşqçisi olduğu London “Arsenal”ının oyun tərzini tənqid edib.

Fanat.Az xəbər verir ki, "The Touchline" 67 yaşlı çalışdırıcının fikirlərini belə çatdırıb:

"Topçular" müntəzəm olaraq standart vəziyyətlərdən fərqlənirlər. Komandanın bu mövsüm Premyer Liqada vurduğu 16 qoldan 9-u (penaltilər istisna olmaqla) bu şəkildə vurulub. İndi bu mənə gülməli gəlir. Çünki 10-12 il əvvəl "Arsenal" azarkeşləri və Arsen Venger məni sərt tənqid edirdilər. Onlar deyirdilər ki, mənim "Stok Siti" komandam reqbi oynayır. Biz də o vaxt küncdən zərbələrə və uzun atışlara arxalanırdıq".

67 yaşlı mütəxəssis 2020-ci ilin dekabr ayından çalışmır.

“Arsenal” 9 turdan sonra 22 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlinə başçılıq edir.

Mirağa

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
11
1
fanat.az

2Sources