Bakı. Trend:
Transadriatik Qaz Kəməri (TAP) BMT-nin Ətraf Mühit Proqramının(UNEP) təşəbbüsü olan "Oil & Gas Methane Partnership 2.0" (OGMP2.0) çərçivəsində “Gold Standard Pathway” standartına sadiqliyinitəsdiqləyib.
Trend bu barədə"TAP AG" şirkətinə istinadla xəbər verir.
Bu mühüm tanınma TAP-ın fəaliyyətinin bütün mərhələlərində metanemissiyalarının daha dəqiq başa düşülməsi, miqdarınınqiymətləndirilməsi və azaldılmasına sadiqliyini əks etdirir.Sertifikatlaşdırma sübut edir ki, "TAP OGMP 2.0" çərçivəsindəmüəyyən edilmiş ciddi standartlara uyğun şəkildə metanemissiyalarının ölçülməsi və uçotu üzrə ətraflı yol xəritəsihazırlayıb. Bu standartlar neft-qaz sektorunda şəffaflıq vəsəmərəlilik baxımından qlobal istinad nöqtəsi hesab olunur.
“Gold Standard Pathway” sertifikatı “Gold Standard Reporting”sertifikatını əldə etmək yolunda əsas mərhələ sayılır. TAP bütünölçülmələr əsasında emissiya uçotu tələblərini tam şəkildə yerinəyetirdikdən sonra bu sertifikatı 2026-cı ildə almağıplanlaşdırır.
“Tanınma TAP-ın ekoloji məsuliyyətə və davamlı inkişafprinsiplərinə sadiqliyini bir daha nümayiş etdirir”, - deyə TAP-ınicraçı direktoru Luka Skyeppati bildirib.
O qeyd edib ki, dəqiq ölçmələr və şəffaf hesabatlılıqemissiyaların azaldılması və uzunmüddətli karbonsuzlaşdırmaməqsədlərimizə nail olmaq üçün həlledici önəm daşıyır”.
TAP 2023-cü ildə OGMP 2.0 təşəbbüsünə qoşulmaqla metanemissiyalarının azaldılmasına töhfə vermək istiqamətində öhdəliyinibir daha təsdiqləyib. 24 oktyabr – İqlim Fəaliyyəti üzrə ÜmumdünyaGünü münasibətilə TAP-ın OGMP 2.0 çərçivəsində əldə etdiyi davamlıirəliləyiş onun iqlim təşəbbüslərinin təşviqində mühüm rolunuvurğulayır.