EN

Sağlam damarların sirri: tərəvəz, balıq və qoz-fındıq

"Düzgün qidalanma trombozun qarşısını almaqda əsas amillərdən biridir".

Ölkə.az "lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə kardioloq Yevgeni Kokin danışıb.

Onun sözlərinə görə, tərəvəz və meyvələr damarlar üçün xüsusilə faydalıdır, çünki onların tərkibində damar divarlarını möhkəmləndirən və iltihabı azaldan antioksidantlar, C və E vitaminləri var.

Bundan əlavə, həkim balıq və dəniz məhsullarını rasiona daxil etməyi tövsiyə edib, çünki bu qidalar mikro­dövranı yaxşılaşdıran omeqa-3 yağ turşuları ilə zəngindir.

Kardioloq həmçinin orqanizmə xeyirli yağlar, maqnezium və lif mənbəyi olan qoz-fındıq və toxumların da damar sağlamlığı üçün vacib olduğunu vurğulayıb: "Onlar tromb yaranma riskini azaldır və qan təzyiqini tənzimləyir.

Bütöv taxıllı məhsullar da faydalıdır. Onlar qan şəkərini sabit saxlayır və damarlarda lövhə (xolesterin yığılması) əmələ gəlməsinin qarşısını alır.

Qəhvə də damarlar üçün faydalı ola bilər, çünki o da antioksidantlar ehtiva edir. Amma o, bu içkini gündə bir-iki fincandan artıq və şəkərsiz içməyi məsləhət görüb".

Həmidə İbrahimova

Chosen
17
1
olke.az

2Sources