EN

Uroloji Xəstəxananın baş həkimi də işdən çıxıb

Akademik Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının baş həkimi Nicat Kərimov də işdən azad edilib.

Modern.az-ın məlumatına görə, Nicat Kərimov baş həkim vəzifəsindən öz əzirəzi ilə işdən çıxıb.

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov əmrinə əsasən, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, N.Kərimovla bağlanmış əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, Nicat Kərimov 22 mart 2022-ci il tarixində Respublika Klinik Uroloji Xəstəxanasının baş həkimi vəzifəsinə təyin olunmuşdu.

Xatırladaq ki, bundan əvvəl Respublika Klinik Uroloji Xəstəxanasının direktoru Fariz Babayev də vəzifəsindən azad olunub.

Chosen
18
2
modern.az

4Sources