Bakı, 31 oktyabr, AZƏRTAC
Bu gün biz əsasən Belçika müstəmləkəçiliyi, onun Konqo üzərində yaratdığı zorakılıq və irs üzərində dayanacağıq. Mən bu hərəkəti “terrordan axın” və ya “terrordan boru xətti” adlandırıram. Bu sistem fiziki zorakılıqdan bürokratiyaya, ideologiyadan yaddaşa keçid yaradaraq indiki dövrü formalaşdırmağa davam edir. Onun təsirləri hələ də hiss olunur və Konqoda ciddi nəticələr doğurur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Braziliya Universitetində doktorant tədqiqatçı Luis Filip Patrik De Jong Filyo Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunmuş beynəlxalq konfransda çıxışı zamanı söyləyib.
O qeyd edib ki, Belçikanın Konqo üzərində yaratdığı vəhşilik və zorakılıq diqqətə çatdırılmalıdır. Sistem I Leopold dövründə (1885–1908) birbaşa fiziki zorakılıq üzərində qurulmuşdu. Leopold Konqonu şəxsi mülkü kimi idarə edir, işçiləri zorla işləməyə məcbur edir, onları şikəstlik və terrorla qorxudurdu. İşçilər qeyri-mümkün tələblərlə kauçuk və fil dişi toplamağa məcbur olunurdu, buna əməl etməyənlər isə cəzalandırılırdı.
“Kolonial ideologiya populyar mədəniyyət vasitəsilə – komikslər, təhsil və ictimai abidələr vasitəsilə yayıldı. Bu vacibdir, çünki hətta bu gün də Belçikada uşaqlar komikslərə maraq göstərirlər. Bu komikslər afrikalıları sadəlövh, uşaq və ya vəhşi olaraq təsvir edir, Belçikanı isə qısamüddətli sivilizator kimi göstərirdi. Uşaqların bu tip komiksləri oxuyarkən əldə etdikləri təsvirin böyük olduğunu anlamaq vacibdir",- deyə braziliyalı tədqiqatçı əlavə edib.