Libertadores kubokunun yarımfinalında "Palmeyras" (Braziliya) - "LDU Quito" (Ekvador) cavab matçı keçirilib.
QOL.az xəbər verir ki, bu komandalar arasnda ilk görüşdə Ekvador təmsilçisi 3:0 hesablı qələbə qazanmışdı.
Cavab oyununda isÉ™ "Palmeyras" rÉ™qibinin qapısından 4 cavabsız qol keçirÉ™rÉ™k adını finala yazdırıb. Â
Qaliblərin heyətində Rafael Veyqa dubl edib, Ramon Sosa və Bruno Fuks isə hərəyə bir dəfə fərqləniblər.
"Palmeyras" həlledici matçda "Flamenqo" ilə qarşılaşacaq. Oyun noyabrın 30-da keçiriləcək.