BAKI,TurkicWorld
Bu gün Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Belçikanın müstəmləkə keçmişinə və onun hazırkı ağır fəsadlarına həsr olunmuş "Belçika Müstəmləkəçiliyi: Tanınma və Məsuliyyət" adlı beynəlxalq konfrans keçirilir.
TurkicWorld xəbər verir ki, tədbirdə Belçikanın keçmiş müstəmləkələri – Konqo Demokratik Respublikası, Ruanda və Burundidən olan nümayəndələr, habelə diplomatlar və rəsmilər iştirak edirlər.
Konfransa 8 ölkədən beynəlxalq hüquq üzrə ixtisaslaşmış mütəxəssislər, tarixçilər, tədqiqatçılar, vətəndaş cəmiyyəti fəalları, reparasiya məsələləri üzrə ekspertlər iştirak edirlər.
Xəbər yenilənəcək