EN

Rusiyada azərbaycanlı iş adamı İlqarı kim və niyə öldürüb? -VİDEO

Rusiyanın Sverdlovsk vilayətində itkin düşən azərbaycanlı iş adamı İlqar Xanadanov ölü tapılıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, 49 yaşlı iş adamı oktyabrın 24-də Zareçnı şəhərində yoxa çıxıb. Beş günlük axtarışdan sonra ailəsinə onun meyitinin tapıldığı bildirilib.

 

"Artıq bunun qətl olduğu təsdiqlənib və iş üzrə araşdırma aparılır. Vida mərasimi Zareçnıda keçiriləcək, daha sonra meyit Azərbaycana aparılacaq. Ərimi doğmalarının yanında dəfn edəcəyik", – deyə iş adamının həyat yoldaşı Tatyana bildirib.

 

İlkin məlumata görə, qətli Zareçnıda yerləşən kafenin Pavel adlı sahibi törədib. Onun Xanadanovdan 2 milyon rubl borc götürdüyü və pulu qaytarmaq istəmədiyi bildirilir.

 

Bu səbəbdən onlar arasında münaqişə yaranıb. Pavel arxadan balta ilə onun başına vurub. Daha sonra cəsədi Xanadanovun avtomobilinə qoyaraq meşəyə aparıb.

 

Pavel barəsində tezliklə həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir. Onu 15 ilə qədər həbs cəzası gözləyir.

Chosen
21
3
senzor.az

10Sources