BAKI, 31 oktyabr. TELEQRAF
Latviya parlamentiqadınlara qarşı zorakılığın qarşısını almağı hədəfləyən Avropa Şurasının İstanbul Konvensiyasından çıxmaq qərarını təsdiqləyib.
Teleqraf xəbər verir ki, bu barədə "Delfi" portalı məlumat yayıb.
Müzakirələr 12 saatdan artıq davam edib. Denonsasiya təşəbbüsünü “Birləşmiş siyahı”, “Milli birlik”, “Sabitlik”, “Latviya birinci yerdə” və “Yaşıllar və fermerlər ittifaqı” partiyaları dəstəkləyiblər.
Səsvermədə çıxışı dəstəkləyən deputatlar bəyan ediblər ki, İstanbul Konvensiyası ailə dəyərlərinə ziddir, çünki sənəddə “gender” anlayışı bioloji deyil, sosial konstrukt kimi təqdim olunur.