EN

Almaniya Kansleri Türkiyədədir:ƏRDOĞAN VƏ MERTS MƏTBUAT KONFRANSI KEÇİRDİLƏR

Almaniya Kansleri Fridrix Merts Türkiyəyə rəsmi səfər edib.

 

Bu barədə "Anadolu" Agentliyi məlumat yayıb.

 

Məlumata görə, Ankaradakı Prezident İqamətgahının qarşısında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən yüksək səviyyəli qonağın rəsmi qarşılanma mərasimi keçirilib.

 

Liderlər mərasim kürsüsündə yerlərini aldıqdan sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib.

 

Fridrix Merts fəxri qarovul dəstəsini salamlayıb.

 

İqamətgahda tarix boyu mövcud olmuş türk dövlətlərinin sayını təmsil edən on altı bayraq asılıb. Almaniya Kanslerinin şərəfinə 21 yaylım atəşi açılıb.

 

Liderlər hər iki ölkənin dövlət bayraqları fonunda xatirə şəkli çəkdiriblər.

 

Daha sonra Türkiyə və Almaniya liderləri arasında ikitərəfli qapalı görüş olub, bunun ardınca iki ölkənin rəhbərləri birgə mətbuat konfransı keçirərək müzakirə etdikləri məsələlər barədə geniş məlumat veriblər.


Chosen
40
senzor.az

1Sources