EN

Makron: Konqoya 1,5 milyard avro yardım ayrılacaq

Apa.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Konqo Demokratik Respublikası (KDR) ilə Ruanda arasındakı münaqişənin həllinə həsr olunmuş konfransın iştirakçıları KDR-dəki mülki əhaliyə dəstək üçün 1,5 milyard avro həcmində yardım ayırmaq barədə razılığa gəliblər.APA xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron bildirib.“Siz birlikdə ən həssas təbəqələr üçün 1,5 milyard avrodan çox yardım topladınız,” – deyə Makron çıxışı zamanı vurğulayıb.

Fransa lideri əlavə edib ki, BMT-nin KDR-yə 2,5 milyard dollarlıq humanitar yardım planı hazırda cəmi 16% maliyyələşdirilib və beynəlxalq ictimaiyyəti “mövcud vəziyyətin təcili xarakterinə uyğun maliyyələşmə təmin etməyə” çağırıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
16
5
apa.az

7Sources