Oxu.az saytına istinadən ain.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp administrasiyasının yüksəkvəzifəli şəxsləri mühafizəkar siyasi fəal Çarli Kirkin öldürülməsindən sonra təhlükəsizlik məqsədilə hərbi bazalara köçməyə başlayıblar.
Oxu.Az bildirir ki, bu barədə "The Atlantic" jurnalı mənbələrə istinadən xəbər verir.
Qeyd edilir ki, ABŞ-də Trampın siyasətinə qarşı fəal etirazlar, vəzifəli şəxslərin və onların ailələrin ünvanına hədələr də administrasiya nümayəndələrinin hərbi bazalara köçməsinə rəvac verib.
Köçənlər arasında dövlət katibi Marko Rubio, Pentaqon rəhbəri Pit Heqset, daxili təhlükəsizlik naziri Kristi Noem, quru qoşunları naziri Daniel Driskol da var.
Xatırladaq ki, sentyabrın 10-da Kirk Yuta ştatındakı universitet kampusunda çıxış edərkən ona təxminən 800 metr məsafədən atəş açılmışdı. Güllə boynuna dəymiş, o isə ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmamışdı.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.
 
                        