EN

“Çelsi” onun müqaviləsini uzatmağa hazırlaşır

“Çelsi” müdafiəçi Malo Qusto ilə yeni müqavilə üzərində işləyir.

90deqiqe.Az “Foot Mercato”ya istinadən xəbər verir ki, London klubu və futbolçu arasındakı danışıqlar artıq davam edir.

Hazırkı müqavilə 2030-cu ilin ortalarına qədər qüvvədədir, lakin “Çelsi” yaxın gələcəkdə müqaviləni uzatmaqla futbolçunun klubdakı statusunu möhkəmlətməyi planlaşdırır. Razılaşmanın müddəti əlavə 1 və ya 2 il uzadıla bilər və Qustonun maaşı artırılacaq.

Malo Qusto “Çelsi”də 96 matça çıxıb, bu görüşlərdə qol vurmasa da, 14 məhsuldar ötürmə edib. Hazırda “Çelsi” İngiltərə Premyer Liqasında 9-cu pillədə qərarlaşıb.

Chosen
23
90deqiqe.az

1Sources