EN

Lukaşenko İrana gedir

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Belarus Prezidenti Aleksandr Lukaşenko 2026-cı ildə İrana səfər edə bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Səid Xətibzadə Belarusun STV telekanalına verdiyi müsahibəsində məlumat verib.

“Biz gələn il Belarus Respublikası prezidentinin İrana yüksək səviyyəli səfərini gözləyirik”, – Xətibzadə bildirib.

Diplomatın sözlərinə görə, yaxın vaxtlarda İran xarici işlər nazirinin də Belarusa səfərinin təşkili planlaşdırılır. O əlavə edib ki, tərəflər iqtisadi məsələlər üzrə hökumətlərarası komissiyanın iclasını və iki ölkənin xarici işlər nazirlikləri arasında məsləhətləşmələri müzakirə edirlər.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
31
globalinfo.az

1Sources